Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanin sədrliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi olmuş Çingiz Mehdiyevin növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, təqsirləndirilən Çingiz Mehdiyevin vəkili Faiq müəllim məhkəmə istintaqında ibtidai istintaqdan heç bir fərqli araşdırma görmədiyini bildirdi. 

Zərərçəkmiş kimi tanınan Formula 1-in nümayəndələri məhkəmədə iştirak etmir, müəyyən sənədlər tələb edilsə də təqdim etmirlər. Formula 1-də işləyən vəzifəli şəxslərin hamısının ifadələri alınmamışdır. Xüsusən sərəncam verən şəxslər dindirilmədi. İbtidai istintaqda hazırlanmış ittiham aktında leqallaşdırma maddəsi qoyulub. Çingizin qardaşının Gürcüstanda olan  bank hesabına pul köçürülməsi leqallaşdırma hesab olunub. İlkin vəsatətimiz qeyd olunan mütəxəssis rəyi ilə bağlıdır. Ekspertizaya aid rəy mütəxəssis rəyi sayıla bilməz. Çünki sadə səhvlərə yol verilib, gömrük bəyannaməsinin rəqəmləri ilə bağlı. Həmin mütəxəssisin məhkəməyə dəvət olunub dindirilməsini xahiş edirik. 

Dövlət ittihamçısı Orxan Səmədov vəkilin vəsatətinə münasibət bildirərək qeyd edib ki, niyə gömrük bəyannamələri əsas götürülməyibsə sübutlar təqdim eləsin, o formada müşavirə otağında qiymət verilər. Vəsatətin təmin olunmamasını təklif edirik. 

Hakimdən yerində müşavirə edərək vəsatəti təmin etmədi.

Şahid Zaur Məlikaslanov gətirilən malların birbaşa şirkət əməkdaşları tərəfindən qəbul olunmasını şəxsən  özü təsdiq edir. 

Çingiz Mehdiyev çıxış edərək, bu işdə bir qəpik yeyinti olmadığını bildirib. 

Vəkil Faiq müəllim bildirdi ki, Marşal postları ilə bağlı ekspert gəlsin, ona 3-4 sual verək: "Çingiz Mehdiyev, xanımının güdazına gedib, gəlib çıxıb bura. 

Biz ədalətin ortaya çıxması üçün öz suallarımızı verək. Həmin ekspert qiymətləri göstərməyib sənəddə. 

Ekspert şişirtmə ilə bağlı rəy vermədiyi üçün hakim vəkilin  vəsatətini qəbul etmədi. 

İttihamda Cingizə leqallaşma ilə bağlı 706 min manat rəqəm yazılıb. Dayton şirkətinin hesabında olan miqdar Çingizin anası rəhmətə getdikdən sonra ofşor dövlətin hesabında batmamaq üçün qardaşının hesabına köçürülüb, bu ailə məcəlləsində də öz əksini tapıb".

Hakim vərəsəliklə bağlı sənəd istədi, vəkil də növbəti məhkəmə prosesində  sənədi təqdim edəcəyini bildirdi. 

Həmçinin hakim Leyla Əsgərova-Məmmədova təkrar vəsatətlərin verilməsi üçün əsaslar olmasını bildirdi. Hakim məhkəmə istintaqının tamamlanması ilə bağlı tərəflərin fikirlərini öyrəndi. Vəkil məhkəmə istintaqının tamamlanmasına etiraz etdi , səbəb də qoydu ki, əlavə vəsatətləri var, həmçinin şahidlərin hamısı dindirləmyib: "Biz məhkəmə tərkibinə etiraz edirik".

Hakim isə məhkəmə istintaqının yekunlaşmağını elan etdi. 

Məhkəmə prosesi 3 mart tarixinə kimi təxirə salındı. 

Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib. İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Seymur Əli