Şotlandiyanın “Reyncers” komandası baş məşqçisini dəyişib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, Filipp Klemeni istefaya göndərən Qlazqo təmsilçisi onun əvəzinə Barri Ferqyusonu baş məşqçi təyin edib. 47 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Baş məşqçi dəyişikliyinə komandanın Premyer Liqada lider “Seltik”dən xeyli geri qalması səbəb olub. Hazırda turnir cədvəlində komandanı əzəli rəqibindən 13 xal ayırır.
Qeyd edək ki, “Reyncers” UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Fənərbağça” ilə qarşılaşacaq.