Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuata açıqlamalarla çıxış edərkən gərgin anlar yaşanıb. 

"Unikal" xəbər verir ki, Makron mətbuata danışarkən əlini Trampın dizinə qoyub. ABŞ prezidenti də cavab olaraq eyni hərəkəti etmək istəyib. Lakin Makron bu cəhdin qarşısını alıb və Trampın əlini tutaraq geri itələyib.

Ancaq bununla belə, Tramp əlini Fransa liderinin dizinə vurub.

Qeyd edək ki, Makron hələ 2018-ci il görüşü zamanı da əlini Trampın dizinə qoyması ilə diqqət çəkmişdi və bu, "güzəştə getməmək" kimi dəyərləndirilmişdi. 

Nuranə Abbasova