“Çernobıl qəzasında zərər çəkənlər daha sürətli mənzillə təmin olunacaqlar”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilə iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, Çernobıl qəzasında iştirak edən və sağlamlığını itirmiş şəxslərin mənzillə təminatı istiqamətində də proses gedir, imtiyazlı növbəyə götürülüblər.
"Artıq onların böyük qismi mənzillərlə təmin olunub. Bundan sonrakı dövrdə daha sürətli mənzillə təmin olunacaqlar".
Anar Kəlbiyev