"ABŞ Prezidentinin ölkəsi tərəfindən Ukraynaya xərclənən 500 milyard dolların müqabilində nadir torpaq metallarına sahib olmaq istəyi birmənalı qaşırlanmasa da, bu qlobal siyasətdə qaydaların kəskin dəyişməsindən xəbər verir".

"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, 26 trilyon dollardan çox təbii ehtiyatlara malik olduğu güman edilən Ukrayna qlobal təchizat zəncirində mühüm aktrlardandır:

"Ölkə 116 növ faydalı ehtiyatları əhatə edən təxminən 20 min faydalı qazıntı yatağına malikdir. Ukrayn titan, litium, berilyum, manqan, qallium, uran,  qrafit, apatit, flüorit və nikel ilə zəngin ölkədir. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, Ukrayna Avropada ən böyük titan ehtiyatlarına, eləcə də litiumuna malik olnmaqla dünya rezervlərinin 7 faizini formalaşdırır. Ukraynanın malik olduğu resurslar müdafiə, yüksək texnologiya, aerokosmik və yaşıl enerji kimi sənayelər üçün vacib hesab olunur. Eyni zamadan, elektrikli nəqliyyat vasitələrinə və bərpa olunan enerji texnologiyalarına keçid nəticəsində bu resurslara qlobal tələbatın kəskin artacağı gözlənilir".

Deputat qeyd edib ki, son illər Qərb dövlətlərinin Ukraynanın malik olduğu resurslara marağı daha da yüksəlib:

"Rusiya-Ukrayna müharibəsindən öncə artıq Ukrayna ilə Avropa İttifaqı arasında bu istiqamətdə razılaşmalar imzalanmışdı. 2021-ci ilin iyulunda imzalanmış Kritik Minerallar üzrə Aİ-Ukrayna Strateji Tərəfdaşlığı 10 əsas xammala yönəlmiş 100 layihəni reallaşdırmaqla bu mənbə hesabına Avropada mədən resurslarına tələbin tam ödənilməsini hədəfləyirdi. Göründüyü kimi, böyük xammal ehtiyatlarına malik olan Ukrayna hər zaman birbaşa və ya dolayı olaraq qlobal aktrların diqqətində olub. Bu arada, zəngin ehtiyatlara malik olan Ukrayna BMT-nin tanıdığı ərazilərinin 80 faizindən azına nəzarət edir və minimum əməkhaqqı cəmi 192 dollardır".