Bu yaxınlarda Füzulinin Pirəhmədli və Qaraxanbəyli kəndlərinin tikintisinə başlanılacaq.

"Unikal"ın  məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Füzulidə işsizlik səviyyəsi 9 faizin altındadır:

"Bu onu göstərir ki, artıq həyat Füzuliyə qayıdıb".