Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdəUlu Öndər Heydər Əliyevin, o cümlədən Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizov Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxdığını qeyd edərək 33 il əvvəl baş vermiş insanlığa qarşı bu cinayətin beynəlxalq ictimaiyyətə soyqırımı kimi tanıdılmasına və təbliğ edilməsinə gənclərin peşəkarlıqla yanaşmalı olduqlarını bildrib. Bu mənda ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifə düşdüyünü söyləyən rektor R.Əzizov Xocalı soyqırımı tədbirlərininmahiyyətinin gənclər arasında düzgün təbliğ edilməsinin, professor-müəllim heyəti ilə tarixi mövzularda təhlillərin aparılmasınınönəmini qeyd edib.
33 ildir ki, ölkəmizdə Xocalı soyqırımı ilə bağlı ideoloji iş aparıldığını vurğulayan rektor R.Əzizov, 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən başlıca amillərdən birinin məhz bu faktor olduğunu bildirib.
ADNSU-nun Humanitar fənlər kafedrasınınprofessoru İradə Nuriyeva Xocalıda baş verən cinayətləri sadalamaqla ermənilərin hər bir fürsətdə azərbaycanlılara qarşı cinayət törətməyə, Azərbaycan torpaqlarını mənimsəməyə çalışdıqlarını tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. 2020-ci ildə Azərbaycan torpaqlarının azad olunnması ilə tarixi ədalətin bərpa oldunduğunu deyən professor İ.Nuriyeva bu gün Xocalıda Azərbaycan bayrağının qürurla dalğalandığını vurğulayıb.