İngiltərə Premyer Liqasında 27-ci tur davam edir.

"Unikal" xəbər verir ki, bu gün daha 5 oyunu keçirilib. Günün mərkəzi qarşılaşması Londonda oltub. Burada "Tottenhem" öz meydanında "Mançester Siti" ilə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Lider “Liverpul” evdə “Nyukasl”ı məğlub edib. "Arsenal" ardıcıl ikinci dəfə xal itirib. Komanda səfərdə "Nottingem Forest"lə bacarmayıb.

26 fevral

İngiltərə Premyer Liqası
27-ci tur

"Tottenhem" - "Mançester Siti" - 0:1

Qol: Haaland, 12.

 "Mançester Yunayted" - "İpsviç" - 3:2

Qollar: Morsi, 22-avtoqol, De Liqt, 26, Maquayr, 45 - Filogene, 4, 45+2

 "Nottingem Forest" - "Arsenal" - 0:0

"Brentford" - "Everton" - 1:1

Qollar: Vissa, 45+4 - Breyn, 77

 "Liverpul" - "Nyukasl" - 2:0

Qollar: Soboslai, 11. Makallister, 63.

Turnir cədvəlinə 67 xalla "Liverpul" başçılıq edir. "Arseanal" 54 xalla 2-ci, "Nottinqem" 48 xalla 3-cüdür. "Mançerster Siti"nin 47, "Çelsi"nin 45 xalı var.