"26 fevral 2025-ci tarixi axşam saatlarında qısa müddət ərzində "Azercell Telekom" MMC-dən asılı olmayan səbəblərdən Masallı rayonunun inzibati ərazisinin bəzi hissələrində telekommunikasiya xidmətlərindən istifadə edərkən müvəqqəti çətinliklər ilə qarşılaşılması mümkün idi". 

Bu barədə "Unikal"a "Azercell"dən məlumat verilib. 

Bildirilir ki, yaranmış halın aradan qaldırılması üçün təcili tədbirlər görülmüş, müvafiq ərazidə telekomunikasiya şəbəkəsinin fəaliyyəti təmin edən fiber optik kabellərin zədələnmiş hissələri yenilənərək bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin edilmişdir.