Rusiya XİN Aleksandr Darçiyevi Moskvanın Vaşinqtondakı yeni səfiri vəzifəsinə təsdiqlədiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu məlumat ABŞ və Rusiya arasında bu həftə baş tutan ikitərəfli danışıqlardan sonra öz təsdiqini tapıb.
30 ildən artıq təcrübəyə malik yüksək vəzifəli diplomat Darçiyev hazırda Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinə rəhbərlik edir. O, əvvəllər 2014-2021-ci illərdə Rusiyanın Kanadadakı səfiri vəzifəsində çalışıb və nazirlikdə Şimali Amerika Departamentinin direktor müavini və Rusiyanın Vaşinqtondakı səfirliyində müşavir kimi bir neçə yüksək vəzifə tutub.
Onun təyinatı cümə axşamı İstanbulda Rusiya və ABŞ rəsmilərinin səfirliklərinə toxunan məsələləri müzakirə etdiyi diplomatik müzakirələrdən sonra baş verib. İki ölkə ABŞ prezidenti Co Baydenin əvvəlki administrasiyası dövründə pisləşən gərgin münasibətləri düzəltməyə çalışır.
Xatırladaq ki, ötən ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Moskvanın ABŞ-dəki səfiri Anatoliy Antonov geri çağırıb. Antonov 2017-ci ildə bu vəzifəyə təyin edilmişdi.
Gülayə Mecid