Sərbəst güləş üzrə üçqat Olimpiya çempionu Buvaysar Saitiyev 49 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, idmançı qəfil dünyasını dəyişib. Onun martın 11-də 50 yaşı tamam olacaqdı.

Saitiev 1996, 2004 və 2008-ci illərdə Olimpiadada iştirak edib. O, altı dəfə dünya, doqquz dəfə Avropa çempionu olub. İdmnançı karyerasını başa vurduqdan sonra Rusiya Dövlət Dumasının Dağıstandan millət vəkili seçilib.