ABŞ prezidenti Donald Trampın tərəfdarları Kiyevlə mümkün razılaşmanın bir hissəsi kimi Volodimir Zelenskinin istefasını tələb edirlər.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat dərc edib.
Agentliyin məlumatına görə, Amerika administrasiyasında bəzi şəxslər Zelenskinin fevralın 28-də Ağ Evə uğursuz səfərinə baxmayaraq, hələ də Kiyevlə danışıqların dayandırılmasının əleyhinədirlər.