"Boşanmalarla bağlı bir daha Aliment Fondunun yaradılması effektli yol kimi irəli sürülür. Bizə görə belə addımın atılması əksinə, saxta boşanmaları gücləndirə bilər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
O bildirib ki, sosial hüquqlar sahəsində ünvanlı yardım ala bilməyən şəxslərin müraicətlərinə yer verilir:
"Biz daha çox iş yerlərinin yaradılması, yardım əvəzinə investisiya şəraitinin gücləndirilməsini təklfi edirik", - deyə o bildirib.
Anar Kəlbiyev