"Ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkiləri ilə bağlıdır. Burada da hesabat hazırlanmalıdır. Enerji içkilərinin satışı və istifadəsini də insan hüquqlarının pozulması kimi kateqoriyaya daxil etməliyik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Hikmət Məmmədov deyib. O bildirib ki, bu barədə müxtəlif mənbələrdən məlumatlar oxuyub:

"Enerji  içkilərindən istifadə edənlərin 23-25 yaşlarında şəkər xəstəlikləri baş qaldırır, tükənmişlik sindromu özünü biruzə verir. Bu isə demoqrafik proseslərə təsir edir və onların övladları olmur. Bu çox dəhşətli bir şeydir. Enerji içkiləri genefondu qurutmaq üçün xüsusi düşünülmüş səssiz müharibə vasitələrindən biridir".

Anar Kəlbiyev