"Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

"Hər gün telekanallarda eşidirik ki, ölkəmizə narkotik gətirənlər aşkar edilir. Tiryək müharibələri tarixdə həmişə olub, tiryək müharibələri səssiz müharibə kateqoriyasına aiddir. Bu gün qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır. Bu qonşu ölkənin adını hamımız bilirik. Biz nadir hallarda Gürcüstandan, Rusiyadan, Türkiyədən narkotik keçirilməsinə rast gəlirik. Amma məlum qonşu ölkə yerdən, göydən, dənizdən narkotiki bizim başımıza yağdırır”.

Anar Kəlbiyev