Ermənistan 2024-cü ildə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə ümumi qrant sazişi paketindən artıq 110 milyon dollar alıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, müqavilənin ümumi məbləği 250 milyon dollar təşkil edib.
“2024-cü ilə olan məlumata görə, 250 milyon dollardan 110 milyon dollar ayrılıb, bunun 49 milyon dolları “demokratik keçidin asanlaşdırılmasına” yönəldilib”.
XİN həmçinin əlavə edib ki, ABŞ Dövlət Departamenti və USAİD tərəfindən maliyyələşdirilən xarici yardım layihələri dondurulub.
Gülayə Mecid