Yunanıstandan Türkiyənin İzmir şəhərinə gedən turist avtobusu qəza törədib.
"Unikal" xəbər verir ki, avtobusun yoldan çıxaraq aşması nəticəsində 37 nəfər xəsarət alıb.
İlkin məlumata görə, avtobus sürücüsü səfər zamanı yuxuya gedib, bundan sonra avtobus Çanaqqalanın Gelibolu rayonunda yoldan çıxıb. Ümumillikdə nəqliyyat vasitəsində 44 nəfər olub. Qəza yerinə aidiyyatı qurumlar sövq edilib.