Rusiya prezidenti Vladimir Putin ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında Ağ Evdə baş verənləri nəzərə alıb.

"Unikal" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

"O, baş verənləri nəzərə aldı. Prezident Putin dəfələrlə bəyan edib ki, Rusiya tərəfi danışıqlar prosesinə açıqdir. Buna baxmayaraq, Kiyevin bu cür dinamikanı dəstəkləməyib.Ukraynanın sülh  danışıqları istəməməsi deyəndə, bizə heç kim inanmadı.  Amma dünya bunu Vaşinqtonda tam şəkildə gördü”, - o, jurnalistlərə bildirib.

Fevralın 28-də Amerika lideri ukraynalı həmkarını ABŞ-yə hörmətsizlik və minnətdarlıq etmədiyinə görə qınayıb və onu atəşi dayandırmaqdan imtina etdiyinə görə tənqid edib.  Ardınca Zelenskidən Ağ Evi tərk etməsi tələb olunub, mətbuat konfransı və nadir torpaq metalları müqaviləsinin imzalanması ləğv edilib.

Gülayə Mecid