"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola zədəli futbolçusu Rodrinin durumu haqqında danışıb.

"Unikal" xəbər verir ki, o, 28 yaşlı yarımmüdafiəçinin hələ meydana qayıtmağa hazır olmadığını deyib: 

"Rodri yaxşı görünür. Təbii ki, axmaq qərarlar verməyəcəyik. O, hələ qayıtmağa hazır deyil. Amma topla işləyərkən artıq özünü inamlı, xoşbəxt hiss edir. Mən bu cür irəliləyiş gözləmirdim".

Bu mövsüm Rodri cəmi 3 matçda meydana çıxıb. Futbolçu ötən ilin sentyabrında “Arsenal”la oyunda dizindən zədə alıb.