Almaniyanın Mannheim şəhərində baş verən hücum nəticəsində 25 nəfər yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb.

***16:45

Almaniyanın Mannheim şəhərində avtomobil izdihamın üzərinə sürülüb. 

"Unikal" xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb. 

Bildirilir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə insan isə yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. 

Hadisənin motivləri hələlik açıqlanmayıb.