"Barselona"nın keçmiş baş məşqçisi Xavi "Yuventus"a rəhbərlik edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Turin klubunun rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə Tyaqo Motta ilə yolları ayırmaq istəyir. A seriyası təmsilçisi Xavini Mottanın əvəzedicisi kimi görür.
Xavi isə "qoca sinyora"nın baş məşqçisi olacağı təqdirdə 21 yaşlı Fermin Lopezi transfer etmək istəyir.
Xatırladaq ki, Xavi 2024-cü ilin mayında "Barselona"dan ayrıldıqdan sonra işsizdir.
"Yuventus" hazırda İtaliya A seriyasının turnir cədvəlində 22 oyundan sonra 37 xalla 5-ci yerdədir.