Bu gün Misli Premyer Liqasında 25-ci tura start verilib.
"Unikal" xəbər verir ki, ilk oyun günündə əvvəlcə autsayder "Səbail" öz meydanında "Şamaxı" ilə qarşılaşıb.
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı" bu qələbı ilə xallarını 24-ə çatdırıb və 7-ci pilləyə yüksələrək autsayderlərdən bir qədər uzaqlaşıb.
Bu komandaların ilk dövrədəki matçında "Səbail" 2:0 hesabı ilə qalib gəlib. İkinci dövrədəki oyunda isə qolsuz heç-heçə qeydə alınmışdı.
Bu gün həmçinin, "Sumqayıt" - "Qarabağ" matçı da keçiriləcək.