Rusiya Tokionun Moskvaya qarşı sanksiyalarına cavab olaraq Yaponiyanın xarici işlər naziri Takesi İvaya da daxil olmaqla 9 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alıb.
Rusiyanın sanksiya siyahısına, həmçinin Yaponiyanın Ukraynadakı səfiri Masaşi Nakaqome, Kiyevdəki keçmiş səfiri Kuninori Matsuda, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) baş vitse-prezidenti Şohey Hara, Cyberdyne Inc-in prezidenti Yoshiyuki Sankai, SUZU Motors Limited-in sədri Şinsuke Minami, IHI Korporasiyasının prezidenti Hiroşi İde, JICA-nın Ukraynadakı ofisinin rəhbəri Hideki Matsunaga və Prodrone Co., Ltd-nin prezidenti Şunsuke Toya da daxildir.