Estoniya Gürcüstanın hakimiyyət strukturlarının 55 nümayəndəsinin ölkə ərazisinə daxil olmasına qadağa qoyub.
"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə baltikyanı ölkənin xarici işlər naziri Marqus Sakna deyib.
“Mənim imzaladığım sərəncama əsasən, Estoniya 55 gürcü prokurorun, hakimin, polis əməkdaşı, parlament üzvü və digər (hakimiyyət strukturlarının nümayəndələrinin) ölkəyə girişinə qadağa qoyur”, – o əlavə edib.