Çeçenistan Respublikasının hakimiyyəti güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saitiyevin vəfatı ilə əlaqədar üç günlük matəm elan edib.

"Unikal" xəbər verir ki, müvafiq sərəncamı respublika rəhbəri Ramzan Kadırov imzalayıb.

Matəm martın 3-dən 5-dək davam edəcək. Bu günlərdə bütün regionda Rusiya və Çeçenistanın dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, eyni zamanda Ruisya Dövlət Dumasının Dağıstandan deputatı olan Saitiyev küçədə huşsuz vəziyyətdə tapılıb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Saitiyev tarixdə ən çox medal qazanan sərbəst güləşçilərdən biridir. 74 kq çəki dərəcəsində mübarizə aparan idmançının hesabında 1996, 2004 və 2008-ci illərdə üç Olimpiya qızıl medalı var. O, həmçinin altı dəfə dünya və Avropa çempionatlarının qalibi olub.