Böyük Britaniyadakı səfir Valeriy Zalujnı Ukraynanın Beynəlxalq Dəniz Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

"Unikal" xəbər verir ki, müvafiq fərman Ukrayna prezidenti Volodimir Zelenskinin saytında yerləşdirilib.

Beynəlxalq Dəniz Təşkilatı 1948-ci ildə yaradılıb və dəniz naviqasiyasının təhlükəsizliyini təmin etmək vəzifəsi daşıyır. Zalujnı 2021-2024-cü illərdə Ukrayna ordusunun baş komandanı vəzifəsində çalışıb. Ötən ilin martında o, Böyük Britaniyaya səfir təyin edilib. 

Gülayə Mecid