Çin Xalq Azadlıq Ordusunun (PLA) on doqquz təyyarəsi və beş gəmisi Tayvana yaxınlaşıb.
"Unikal" xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Hərbçilərin məlumatına görə, adanın yaxınlığında 19 təyyarə, beş hərbi gəmi və üç mülki gəmi tapılıb. 19 təyyarədən 11-i Tayvan boğazı üzərindən median xətti keçərək Tayvanın cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olub.
Tayvanın Müdafiə Nazirliyi vəziyyətə nəzarət etdiyini və müvafiq reaksiya verdiyini bildirib.