Bakının Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranıb.

Bu barədə "Unikal"a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. 

Məlumata görə, Xətai rayonu ərazisini içməli su ilə qidalandıran magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə bağlı aparılan işlər çərçivəsində rayonun bəzi ərazilərinə su verilməyəcək.

Qəzanın aradan qaldırılması işlərinin bu gün axşam saatlarında yekunlaşacağı gözlənilir.