Bu gün futbol üzrə Misli Premyer Liqasında XXV turun növbəti oyunları keçiriləcək.

"Unikal" xəbər verir ki, ilk olaraq meydana “Turan Tovuz” və “Zirə” komandaları çıxacaqlar. Tovuz şəhər stadionunda təşkil olunacaq görüş saat 17:30-da start götürəcək. Hazırda bölgə təmsilçisi turnir cədvəlində 42 xalla 4-cü, Bakı klubu isə 45 xalla ikinci pillədə yer alıb.

Günün ikinci matçında isə “Sabah” evdə “Araz-Naxçıvan”ı qəbul edəcək. “Bank Respublika Arena”dakı qarşılaşma saat 19:30-da başlayacaq. Meydan sahibləri 33 xalla 5-ci, qonaqlar isə 45 xalla üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, turun ötən gün keçirilmiş oyunlarında “Səbail” evdə “Şamaxı”ya, “Sumqayıt” isə “Qarabağ”a 2:0 hesabı ilə məğlub olub. Tura martın 5-də yekun vurulacaq.