Altay diyarının Zavyalovski rayonunun rəhbəri Nikolay Onişenko kafedən çıxarkən güllələnib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, hadisə Zavyalovo kəndində baş verib. Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. 

"Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Müstəntiqlər cinayətin səbəblərini və motivini müəyyənləşdirirlər", - məlumatda qeyd olunub.

Gülayə Mecid