Serbiya parlamentində vəziyyət son dərəcə gərginləşib. Müxalifət deputatları Məclisin iclasında zala tüstü bombaları atıblar.
"Unikal" xəbər verir ki, bu barədə Serbiya teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, daha sonra deputatlar arasında əlbəyaxa dava olub. Nəticədə 3 deputat, o cümlədən hamilə qadın xəstəxanalıq olub. Bununla belə, zalda hökumət əleyhinə mesaj olan pankart açılıb.
Bundan əvvəl Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin bildirib ki, Serbiya Ukraynaya sülhməramlılar göndərmək üçün çox kiçik dövlətdir.
O, belə bir qərarın yalnız BMT Təhlükəsizlik Şurasının razılığı ilə verilə biləcəyinə diqqət çəkib.