Avropa İttifaqı Ermənistana Avropa Sülh Fondundan əlavə 10 milyon avroluq yardım ayırmağı düşünür. 

"Unikal" xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bu təklifi Aİ Şurasına təqdim edib.

Təklifin yaxın həftələrdə müzakirəsi gözlənilir. Müzakirələrin konkret tarixi hələlik bəlli deyil.

Təklif İttifaqın bütün 27 üzv dövləti tərəfindən bəyəniləcəyi təqdirdə qüvvəyə minəcək. Məsələn, ötən il Macarıstan Azərbaycanın proqrama daxil edilməsini tələb edərək bu yardımın verilməsinə mane oldu. Hazırda Budapeştin və digər üzv dövlətlərin bu məsələ ilə bağlı hansı mövqedə olduqları bəlli deyil.

Ağarza Elçinoğlu