Myanmanın baş naziri Min Aun Hlayn Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Rusiya prezidentinə iki unikal nəşr hədiyyə edib.

"Unikal" xəbər verir ki, 1942-ci ildə nəşr olunan kitablardan biri orijinal nüsxədir və iki ölkə arasında qarşılıqlı əlaqənin tarixi ilə bağlıdır.

“Bu kolleksiya ümumi yaddaşımızın bir hissəsidir. Bu, dünya üçün çətin bir il olan 1942-ci ildə nəşr olunub”, - deyə Hlayn qeyd edib.

O, ikinci nəşri “mədəniyyətlər arasında körpü” kimi səciyyələndirərək, orada rus dilində məlumatların olduğunu qeyd edib.

“Belə qeyri-adi jest üçün çox sağ olun. Bu kitablar bizi birləşdirən dəyərlərin mühüm bir xatırlatmasıdır”, - deyə Putin bildirib.