Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın “güclü rəhbərliyi” altında sülhə nail olmaq üçün işləməyə hazır olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Mən və komandam davamlı sülhə nail olmaq üçün prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, Ukrayna ABŞ-nin gördüyü hər şeyi yüksək qiymətləndirir və Ukrayna hakimiyyəti də xatırlayır ki, məhz Trampın ilk prezidentlik dövründə Vaşinqton “Javelin” tank əleyhinə raket sistemlərini Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

Zelenski əlavə edib ki, mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır.