"Cümə günü Vaşinqtonda, Ağ evdə görüşümüz planlaşdırıldığı kimi olmadı. Bunun baş verməsi utancvericidir".

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkə səhifəsində yazıb.

"Hər şeyi düzgün etmək vaxtıdır. Biz istərdik ki, gələcək əməkdaşlıq və kommunikasiyalar konstruktiv olsun. Minerallar və təhlükəsizliyə dair sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır. Biz bu sazişi təhlükəsizliyin möhkəmləndirilməsi və etibarlı təhlükəsizlik təminatlarının gücləndirilməsi istiqamətində bir addım hesab edirik", - deyə Zelenski əlavə edib.

Xatırladaq ki, fevralın 28-də Prezident Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarına səfər edib. Konfrans zamanı Ukrayna lideri, Ağ evin rəhbəri Donald Tramp və vitse-prezident De Vans arasında mübahisə baş verib.