ABŞ Dövlət Departamenti Yəmən Husilərinin "Ənsar Allah" hərəkatını terror təşkilatı kimi tanıyıb.

"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Bu o deməkdir ki, husilərə sponsorluq etmək və onlara başqa maddi yardım göstərmək ABŞ administrasiyasının cərimələri və sanksiyaları ilə nəticələnəcək.

Husilərin terrorçu kimi tanınmasına səbəb onların Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə və Yaxın Şərqdə Amerika hərbçilərinə qarşı dəfələrlə hücumları olub.