Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulacaq.
"Unikal" xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək.
"Neftçi" səfərdə "Kəpəz"in qonağı olacaq. Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq.
Turnir cədvəlində qonaq komanda 27 xalla 6-cı, nominal meydan sahibləri isə 19 xalla 9-cu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qarabağ" "Sumqayıt"ı, "Şamaxı" "Səbail"i, "Zirə" "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" matçı isə qollu heç-heçə ilə yekunlaşıb - 2:2.