İngiltərənin "Hall Siti" klubunun futbolçusu Oskar Zambrano 16 ay müddətinə futboldan kənarlaşdırılıb.

"Unikal" xəbər verir ki, buna səbəb 20 yaşlı ekvadorlu yarımmüdafiəçidən götürülən dopinq testinin müsbət nəticə verməsidir.

Qeyd edək ki, "Hall Siti" klubunun sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır.