Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçiriləcək.

Türkiyə "Fənərbağça"sı İstanbulda "Reyncers"lə (Niderland) qarşılaşacaq.

"Tottenhem" Niderlandda "AZ Alkmaar"ın qonağı olacaq.  FCSB "Lion"u qəbul edəcək. "Mançester Yunayted" "Real Sosyedad"la səfər görüşünə çıxacaq. "Roma" "Atletik"lə üz-üzə gələcək. "Ayaks" "Ayntraxt"ın qüvvəsini sınayacaq. "Budo Qlimt" "Olimpiakos"la qarşılaşacaq. "Viktoriya" isə "Latsio"nu qəbul edəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab matçları martın 13-də keçiriləcək.

Avropa Liqası, 1/8 final, ilk oyunlar

21:45. "AZ Alkmaar" (Niderland) - "Tottenhem" (İngiltərə)

21:45. FCSB (Rumıniya) - "Lion" (Fransa)

21:45. "Fənərbağça" (Türkiyə) - "Reyncers" (Şotlandiya)

21:45. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

00:00. "Roma" (İtaliya) - "Atletik" (İspaniya)

00:00. "Ayaks" (Niderland) - "Ayntraxt" (Almaniya)

00:00. "Budo Qlimt" (Norveç) - "Olimpiakos" (Yunanıstan)

00:00. "Viktoriya" (Çexiya) - "Latsio" (İtaliya)