Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevi ABŞ-yə səfir təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
"Aleksandr Nikitiç Darçiyev Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin" , - sənədin mətnində deyilir.
Xatırladaq ki, ötən ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Moskvanın ABŞ-dəki səfiri Anatoliy Antonov geri çağırıb. Antonov 2017-ci ildə bu vəzifəyə təyin edilmişdi.
Gülayə Mecid