Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2024-cü il üzrə məruzəsini qəbul edib.
"Unikal" xəbər verir ki, məruzə parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
***11:04
Milli Məclisin növbəti plenar iclası başlayıb.
"Unikal" xəbər verir ki, iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi müzakirə olunur.
Hesabatı Ombudsman Səbinə Əliyeva təqdim edir.
Anar Kəlbiyev