"Telegram" Çeçenistan və Dağıstanda informasiya təhlükəsizliyi səbəbi ilə bloklanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Qamzatov açıqlayıb. 

Onun sözlərinə görə, bloklanma barədə qərar federal səviyyədə 2023-cü il oktyabrın 29-da Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra qəbul edilib. 

Qamzatov qeyd edib ki, təhdidlər aradan qalxarsa gələcəkdə messencerin bloku açıla bilər.

Ağarza Elçinoğlu