Göygöldə yük maşını evin hasarına çırpıldıqdan sonra aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Gəncə istiqamətində olan "SHACMAN" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Qəza zamanı yük maşını aşıb, yük yerində olan torqaq əraziyə dağılıb.

Qəza nəticəsində evin hasarı uçub. Yük maşınının evin hasarına çırpılması zamanı 1 nəfər yüngül xəsarət alıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün sərt döngədə düzgün manevr etməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov