İranın BMT-dəki daimi nümayəndəliyi ABŞ prezidenti Donald Trampın İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə yeni nüvə sazişi üzrə danışıqlar təklifi ilə bağlı məktub göndərməsi barədə son bəyanatını təkzib edib.
"Unikal" xəbər verir ki, bu barədə "Mehrnews" məlumat yayıb.
"Biz hələ belə bir məktub almamışıq", - məlumatda qeyd olunub.
Tramp daha əvvəl İranla nüvə sazişi üzrə danışıqlar aparmaq istədiyini bildirib və cümə axşamı bu ölkə liderlərinə danışıqlara razılıq verəcəklərinə ümid ifadə edən məktub göndərib.
Ağarza Elçinoğlu