Fövqəladə Hallar Nazirliyi (FHN), Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.

Bu barədə "Unikal"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.

Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən peyvəndləmə prosesi çərçivəsində helikopter vasitəsilə meşə zolaqlarına ümumilikdə 400 kilometrə yaxın məsafədə 9450 ədəd aldadıcı yem səpilib.