Ermənistanın Spitak şəhərindən 9 km şimalda daha bir zəlzələ qeydə alınıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Təbiət hadisəsi 3,2 bal gücündə olub, dərinliyi 10 km-də yerləşib. 

Episentr zonasında zəlzələnin gücü 4 bal olub.

Zəlzələ Lori vilayətinin Spitak, Stepanavan və Vanadzor şəhərlərində 2-3 bal gücündə hiss olunub.

***10:15

Martın 8-də yerli vaxtla saat 09:26-da (Bakı ilə eyni saatda - red.) Ermənistanın Spitak şəhərindən 6 km şimal-şərqdə zəlzələ qeydə alınıb.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Seysmik Mühafizə Ərazi Xidmətinin seysmoloji şəbəkəsi məlumat yayıb. 

Təbiət hadisəsi 4,6 bal gücündə, yerin 10 km dərinliyində qeydə alınıb. Episentr zonada zəlzələnin gücü 6 bal olub.

Zəlzələ Lori, Şirak, Tavuş rayonlarında 4-6 bal, Kotayk, Geqarkunik və Araqatsotn rayonlarında isə 2-4 bal gücündə hiss olunub.

Zəlzələ qonşu ölkələrə təsir edib. 

Ağarza Elçinoğlu