"İdman həftəsi” çərçivəsində keçirilən bilyard çempionatı başa çatıb.
"Unikal" Azərbaycan Bilyard Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 1-ci yeri Natiq Orucov tutub.
İkinci və üçüncü pillələrdə uyğun olaraq Sələddin Yüsifov və Mir Azad Əliyev qərarlaşıblar.
Turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə baş tutub.