İngiltərə Premyer Liqasında 28-ci turun növbəti oyunları keçirilib.

"Unikal" xəbər verir ki, "Çelsi" doğma meydanda "Lester"lə qarşılaşıb. Görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Tottenhem" isə evdə "Bournmut"la 2:2 hesablı heç-heçə edib.

"Çelsi" 49 xalla 4-cü, "Tottenhem" isə 34 xalla 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 70 xalla "Liverpul" başçılıq edir.