"Atletiko"nun hücumçusu Anxel Korrea sərt şəkildə cəzalandırıla bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Korrea İspaniya çempionatının "Xetafe" ilə oyununda (1:2) hakimi təhqir etdiyinə görə qırmızı vərəqə amışdı. O, bu səbəbdən uzun müddətlik diskvalifikasiya oluna bilər.
La Liqa qaydalarına əsasən, hakimə, köməkçi hakimə, dördüncü hakimə, menecerlərə və ya idman səlahiyyətlilərinə qarşı təhqir və ya təhqiramiz ifadələr işlətməyin cəzası 4-12 oyunluq diskvalifikasiyadır.
Xatırladaq ki, argentinalı forvard "Xetafe" ilə matçın 87-ci dəqiqəsində qırmızı vərəqə alıb. O, meydandan qovulanda hakimin ailəsinə qarşı bir sıra nalayiq ifadələr işlədib.