Mədəniyyət Nazirliyi tərəfindən xaricdə təhsil üzrə 20 təqaüd proqramı təqdim edilib.

"Unikal" xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli "Yaradıcı Azərbaycan" tədbirində çıxışı zamanı deyib.

O qeyd edib ki, 8 nəfər bakalavr, 12 nəfər magistr pilləsi təqaüd əldə edib:

"Bakalavr proqramları aktyorluq, kinoşünaslıq, moda, qrafik dizayn, memarlıq, multimedia, kino və audiovizual sənəd istiqamətində, magistr proqramları üzrə kinorejissorluq, səs tədqiqatları, səs sənətləri, filmlər, oyunlar və s. üzrə ixtisaslaşmalardır. Nüfuzlu dövlət universitetlərində tələbələr təqaüdlü təhsil alırlar".